Van Qoqun muzeydən oğurlanan tablosu tapıldı

Van Qoqun 2020-ci ilin martında Hollandiyadakı bir muzeydən oğurlanmış 1884-cü il tarixli “Nuenendəki Papazlıq bağı” tablosu 3,5 il sonra tapılıb.

Stopnarkotik.az xəbər verir ki, BBC-nin məlumatına görə, 139 yaşlı rəsm təxminən 3,5 il sonra hollandiyalı detektiv Artur Branda təhvil verilib.

Brand Van Qoq tablosunun ona yastıq qabına bükülmüş çantada adının açıqlanmayan bir şəxs tərəfindən verildiyini bildirib. Polislə razılaşdıraraq geri götürdüyünü izah edən Brand, tablonu verən şəxsin oğurluqla əlaqəsinin olmadığını deyib.

Brend qeyd edib ki, cinayət təşkilatları arasında yayılan və polis tərəfindən axtarışda olan tablo ona “şəxsiyyətinin məxfi qalması şərti ilə” bir şəxs tərəfindən gətirilib.

Sözügedən tablonu oğurlayan fransız oğru Nils M hadisə yerində DNT-si ilə müəyyən edilib. Oğru 2021-ci ildə 8 il həbs cəzasına məhkum edilərkən, Van Qoqun milyonlarla avro dəyərində olan tablosunu tapmaq mümkün olmayıb.

Onun "Nuenendə Parsonage Garden" adlı rəsm əsəri 2020-ci ilin mart ayında Amsterdamın Laren şəhərindəki muzeydən oğurlanıb.

Oğurluq Covid-19 epidemiyasının başladığı 2020-ci ildə komendant saatı dövründə Singer Laren Muzeyinin şüşə divarlarının sındırılması nəticəsində baş verib.