Gəncədə DƏHŞƏT: 17 yaşlı oğlan atasını güllələdi - YENİLƏNİB

Gəncədə yetkinlik yaşına çatmayan şəxsin törətdiyi qətllə bağlı cinayət işi başlanılıb.

Bu barədə Stopnarkotik.az-a Gəncə şəhər Prokurorluğundan məlumat verilib.

Bildirilib ki, martın 12-də Gəncə şəhər sakini Elçin Nağıyevin öldürülməsi barədə şəhər prokurorluğuna məlumat daxil olub.

İlkin araşdırmalarla E.Nağıyevin yetkinlik yaşına çatmayan şəxs tərəfindən qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Gəncə şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, yetkinlik yaşına çatmayan iş üzrə şəhər prokurorluğu tərəfindən şübhəli şəxs qismində tutulub.

***09:10

Gəncədə 44 yaşlı kişi qətlə yetirilib.

Stopnarkotik.az xəbər verir ki, hadisə şəhərin Gülüstan qəsəbəsində qeydə alınıb. Belə ki, qəsəbədə yaşayan Kəlbəcər rayon sakini 44 yaşlı Elçin Nağıyev odlu silahla öldürülüb.

İlkin məlumata görə, hadisəni 44 yaşlı kişinin 17 yaşlı oğlu Kənan Nağıyev törədib. Polis əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində atası 44 yaşlı Elçin Nağıyevi ona məxsus ov tüfəngi ilə qətlə yetirməkdə şübhəli bilinən övladı K.Nağıyev saxlanılıb.

Hadisə yerinə polis əməkdaşları cəlb edilib.

Faktla bağlı Gəncə şəhər prokurorluğunda araşdırma aparılır.