Karqo şirkətinə göndərilən bağlamadan 10 kiloqrama yaxın "patı" çıxdı

İzmirdə yükdaşıma şirkətinə göndərilən bağlamadan 9 kiloqram 620 qram metamfetamin müsadirə edilib və iki şübhəli nəzarətə alınıb.

Stopnarkotik.az xəbər verir ki, Türkiyənin İzmir şəhərinin Baş Prokurorluğunun koordinasiyasında Narkotik Cinayətləri ilə Mübarizə İdarəsi əməliyyat keçirib. Şəhərin Konak rayonundakı bir yük şirkətinə göndərilən bağlamada narkotik maddə olduğu müəyyən edilib. Bu məlumat əsasında hərəkətə keçən qruplar əvvəlki gün yük şirkətinə basqın ediblər. Axtarış zamanı bağlamadan 9 kiloqram 620 qram metamfetamin müsadirə edilib. O.Ş. və M.Z. nəzarətə alınıb. Polis bölməsində dindirildikdən sonra iki şübhəli ədliyyəyə göndərilib və daha sonra məhkəmə tərəfindən həbs ediliblər.

Stopnarkotik.az