Sumqayıtda tanışını öldürməkdə təqsirləndirilən şəxsin məhkəməsi başladı

Sumqayıtda tanışını öldürməkdə təqsirləndirilən Azər Dadaşovun cinayət işi məhkəmə prosesi başlayıb.

Stopnarkotik.az olke.az-a istinadən xəbər verir ki, Sumqayıt Ağır Cinayətlər Məhkəməsində hakim Fəhmin Hümbətovun sədrliyi ilə keçirilən prosesdə anket məlumatları dəqiqşəldirilib.

Məhkəmə baxış iclası dekabrın 14-nə təyin olunub.

Qeyd edək ki, 2022-ci il dekabrın 17-də, saat 14 radələrində Sumqayıt şəhərinin Corat qəsəbəsi ərazisində 1989-cu il təvəllüdlü Cavid Şirməmmədovun aldığı bıçaq xəsarətləri səbəbindən ölməsi faktı ilə bağlı Sumqayıt şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Aparılmış araşdırmalarla zərərçəkmişin tanışı, həmin qəsəbənin sakini 1985-ci il təvəllüdlü Azər Dadaşovun şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı bıçaqla xəsarətlər yetirərək Cavid Şirməmmədovu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Azər Dadaşov şübhəli şəxs qismində tutulub.