Sel təhlükə yaratdı: Göyçay çayına gələn sel Ucarda daşdı - VİDEO

Ucarda aramsız yağan yağışılar körpüyə təhlükə yaradıb.

Günlərdir aramsız yağan yağışlar nəticəsində Göyçay çayının Ucarın Qazyan kəndindən keçən hissəsində suyun həcmi artaraq körpüyə çatıb, nəticədə gediş-gəlişə maneələr yaranıb.

Qazyan, Bərgüşad, Bağman, Şilyan kəndlərini birləşdirən və Göyçay çayı üzərində yerləşən körpü sel təhlükəsi ilə üzləşib. Çayda suyun səviyyəsi durmadan artdığından körpüdə və bəndlərdə qabaqlayıcı bərkitmə işləri həyata keçirilib.

Görülən işlər nəticəsində bir neçə saatlıq körpü üzərində gediş-gəliş dayanıb.