Rusiya rəsmiləri Ukraynaya ermənilərdən ibarət yeni formalaşdırılmış batalyon göndərir.
Bu barədə ABŞ-nin Müharibə Araşdırmaları İnstitutu (ISW) Rusiya mənbələrinə istinadən məlumat paylaşıb.
Bildirilib ki, Rusiya mənbələri iyulun 2-də sözügedən "Arbat" könüllü batalyonunun Moskvadakı erməni kilsəsindən yola salınması mərasiminin fotoşəkillərini yayıb.
Bir Rusiya mənbəsi isə Ukraynaya qarşı döyüşəcək erməni batalyonunda Ermənistan vətəndaşlarının, eləcə də Abxaziyadan olan etnik ermənilərin olduğu barədə məlumat yayıb.