Goranboyda minik avtomobilinin vuraraq öldürdüyü piyadanın kimliyi məlum olub.
Stopnarkotik.az xəbər verir ki, ölən şəxs Goranboy rayonunun Zeyvə kənd sakini 1990-cı il təvəllüdlü T.Quliyevdir.
Məlumata görə Kəlbəcər rayon sakini 1970-ci il təvəllüdlü İ.Huseynov idarə etdiyi “Mercedes” markalı minik avtomobili ilə hərəkətdə olan zaman Zeyvə kənd sakini 1990-cı il təvəllüdlü T.Quliyevi vurub .
Piyada aldığı ağır xəsarətlərdən hadisə yerində həyatını itirib.
***08:49
Goranboyda piydanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Stopnarkotik.az apa-ya istinadən xəbər verir ki, hadisə Goranboy-Ağcakənd yolunda qeydə alınıb.
Belə ki, hərəkətdə olan avtomobil yolu qarşı tərəfə keçmək istəyən orta yaşlı kişini vurub.
Piyada aldığı ağır xəsarətlərdən hadisə yerində həyatını itirib. Hazırda piyadanın kimliyi dəqiqləşdirilir.
Onun meyiti müayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertizanın Patoloji Anatomiya Birliyi Publik Hüquqi Şəxsin rayon şöbəsinə təhvil verilib.
Hadisə yerinə polis əməkdaşları cəlb edilib. Faktla bağlı araşdırma aparılır.