ABŞ Prezidenti Donald Tramp İranın yeni Ali lideri Müctəba Xameneinin sağ olduğuna şübhə etdiyini bildirib.
O, bu barədə NBC telekanalına müsahibəsində bildirib.
"Onun ümumiyyətlə sağ olub-olmadığını bilmirəm. Hələlik heç kim onu göstərə bilməyib. Eşitmişəm ki, o, sağ deyil. Əgər bu belə deyilsə, o zaman ölkəsi üçün çox ağıllı bir addım atmalıdır, yəni təslim olmalıdır", - deyə o qeyd edib.
Xatırladaq ki, martın 12-də İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi İsmayıl Bəqai bildirmişdi ki, M.Xamenei yaralanıb, lakin özünü yaxşı hiss edir./oxu.az