"Rusiya sülhməramlıları 2025-ci ildə Qarabağı tərk edəcək"- Ərdoğan

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Vilnüsdə keçirilən NATO sammiti çərçivəsində mətbuata açıqlamalar verib.

Stopnarkotik.az xəbər verir ki, dövlət başçısı Azərbaycan ərazisində müvəqqəti olaraq yerləşdirilmiş Rusiya sülhməramlıları barədə sualı da cavablandırıb. 

“Burada razılaşma ondan ibarətdir ki, 2025-ci ilə qədər Rusiya sülhməramlıları təyin olunmuş yerlərdə qalacaq. 2025-ci ildə Rusiya ərazini tərk edəcək. Mən də Rusiyanın bu razılaşmaya sadiq qalacağına inanıram ” - deyə Ərdoğan bəyan edib.