Şəmkirin Qaracəmirli kəndində yaşayan kimsəsiz şəxs - Zəkavət Məmmədova sahib çıxan yoxdur.
Tənha yaşayan şəxsin sözlərinə görə, uzun müddət həbsdə olub:
“Atam, anam bu kənddəndirlər. 40 il həbsxanada olmuşam, başqa yerdə ölməkdən qorxuram”.
Kənd sakinləri deyirlər ki, qohumları ona maddi kömək etməyə, paytaxta aparmağa çalışsalar da, sözügedən şəxs yenidən kəndə qayıdır.
Z.Məmmədovun kənddə bu vəziyyətdə yaşamasından narahat olan sakinlər problemlə bağlı tədbir görülməsini tələb edirlər.
Sosial Xidmətlər Agentliyindən bildirilib ki, Şəmkirin Qaracəmirli kəndində qeydiyyatda olan Zəkavət Məmmədovun şəxsiyyətini təsdiq edən sənədin müddəti bitib, yeni vəsiqənin alınması üçün aidiyyəti quruma müraciət olunacaq.
Paralel olaraq vətəndaşın tibb müəssisəsində müayinə və müalicəsi ilə bağlı proses bitdikdən sonra onun sosial xidmət müəssisəsinə yerləşdirilməsi məsələsinə baxılacaq.
Ətraflı Baku TV-nin videosunu təqdim edirik: