Bu yaxınlarda Kreml üzərində pilotsuz uçan aparatın partlaması və Moskvanın sui-qəsd cəhdindən sonra Rusiya prezidenti Vladimir Putinin Qara dəniz sahilindəki sığınacağı növbəti dəfə gündəmə gəlib. Dəmir-beton tunelləri, enerji və su infrastrukturu ilə həftələrcə yaşaya bilən sığınacağın planları ABŞ mətbuatında dərc olunub. Yüzlərlə metr tunellər, beton sığınacaqlar, enerji və su infrastrukturu sayəsində həftələrlə yaşaya bilər.
Stopnarkotik.az Referans.az-a istinadla xəbər verir ki, bütün dünyanı Ukraynanı işğalı ilə qarşı-qarşıya qoyan və tez-tez nüvə müharibəsi təhlükəsi yaradan Rusiya lideri Vladimir Putinin Qara dəniz sahilindəki sığınacağı yenidən gündəmdədir.
Krasnodar vilayətində Gelendjik sarayının altında yerləşən bunkerin təfərrüatları ABŞ mətbuatında dərc olunub. Putinin dəbdəbəli iqamətgahında kilsə, buz meydançası və helikopter meydançasının olduğu, lüks iqamətgahın altındakı gizli liftlə Qara dəniz sahilinə enməyin mümkün olduğu bildirilir.
Mütəxəssislərin fikrincə, çox qalın betondan hazırlanmış dəmir tunellər təmiz su, hava verir və sığınacaqda yaşayan insanlar günlərlə, hətta aylarla sağ qala bilirlər. Kompleksə müxalifət lideri Aleksey Navalninin tərəfdarları da havadan baxıblar. Putinin sarayının və altındakı sığınacağın ümumi dəyərinin milyardlarla dollar olduğu bildirilir.
Bir neçə ay əvvəl Kreml üzərində pilotsuz təyyarə partladıqdan sonra Moskva administrasiyası Ukraynanı Putinə sui-qəsd cəhdində ittiham edib. Kreml Putinin sığınacaqda yaşaması və dublunu hücum qorxusundan tədbirlərə göndərməsi ilə bağlı iddiaları təkzib edib.