Öldüyü deyilən komandan onlayn görüşə qatıldı - FOTO

Rusiyanın müdafiə naziri Sergey Şoyqu Moskvada nazirlik rəsmiləri ilə görüş keçirib.

Görüşdə Ukrayna tərəfindən öldürüldüyü iddia edilən Rusiyanın Qara Dəniz Donanmasının komandanı Viktor Sokolov da iştirak edib.

Qeyd edək ki, Ukrayna tərəfindən Sevastopoldakı qərargaha ötən həftə təşkil edilən raket hücumu nəticəsində Rusiyanın Qara Dəniz Donanmasının komandanı Viktor Sokolovun həlak olduğu bildirilmişdi./qafqazinfo