Məlum olduğu kimi, narkotiklər immun sistemini zəiflətdir və ağrı (lomka) simptomlarına səbəb olur. Bu sahədəki yeni araşdırmalar göstərir ki, heroinin yaratdığı T hüceyrələri qan-beyin baryerini keçərək beyni zədələyir. Bu kəşf elm adamlarına ağrı simptomlarının qarşısını almaq üçün yeni yollar açır.
Amerikalı elm adamları narkotiklərin ağrı sindromunun mexanizmlərindən birini aşkar ediblər. Onlar immunitet sistemində qeyri-sabit və qeyri-funksional beyin hüceyrəsi əlaqəsi törədən əvvəllər naməlum olan yolu tapıblar.
Çoxdan məlumdur ki, narkotiklərin törətdiyi ağrı sindromunda immunitet sistemi rol oynayır. Bununla belə, bu il "Cell" elmi jurnalı ağrı sindromu ilə immun sisteminin mərkəzi sinir sistemi və xüsusilə qan-beyin maneəsi ilə qarşılıqlı əlaqəsi arasında bağlantını aşkarlayan tədqiqat nəticələrini dərc etdi. Qan-beyin maneəsi (BBB) qanla sinir toxuması arasında maneədir. Bu, qandan hansı maddələrin və hansı sürətlə mərkəzi sinir sisteminə daxil olduğunu nizamlayan mürəkkəb anatomik, fizioloji və biokimyəvi sistemdir.
İmmun sistemi xəstəlikləri üzrə tədqiqatçı və "Vistarovsk İnstitutu"nun professoru Luis Montaner araşdırmanın bəzi nəticələrinin hələ də təkrarlanmalı və yenidən sınaqdan keçirilməli olduğunu söyləyir. Lakin ümumilikdə tədqiqat elm adamlarına "ağrı sindromu"nun qarşısını almaq və müalicə etmək üçün yeni üsulları sınamağa yol açır.
Digər ekspert, "Temple Universiteti"nin immunoloqu və maddə asılılığı üzrə tədqiqatçı Tobi Eyzenşteyn də araşdırmanı yüksək qiymətləndirir. Onun sözlərinə görə, araşdırma neyroimmun qarşılıqlı təsirlərinin və narkotikdən istifadə edən insanlarda immun hüceyrələrinin sinir proseslərini modulyasiya etməkdə rolunun anlaşılmasında inkişafı göstərir.
Eyzenşteyn deyir ki, tədqiqatçıların ağrı simptomlarının iltihablı immun reaksiyası ilə bağlı olduğuna dair tapıntısı onu maraqlandırıb. Morfinin immun sisteminə təsirləri ilə bağlı 2019-cu il icmal məqaləsində Eyzenşteyn yazmışdı ki, onilliklərlə aparılan tədqiqatlar narkotik və yeni tədqiqatda haqqında söhbət gedən immun hüceyrələrin immunitetə əzici təsir etdiyini göstərib.
Bundan başqa, yeni araşdırmada alimlər bir qrup heroin istifadəçisinin (21 nəfər) qanını araşdırıb və onu nəzarətçi qrupdakı 20 nəfərin qanı ilə müqayisə ediblər. Alimlər aşkar ediblər ki, heroin istifadəçilərinin qanında onların immun sisteminin pozulduğunu göstərən müxtəlif biomarkerlər var.
Daha sonra onlar axın sitometriyasından (axan mayedə hüceyrələrin sayılması, tədqiqi və çeşidlənməsi texnikası) istifadə edərək bir sıra təcrübələr aparıblar. Onlar heroin istifadəçilərinin qanında kövrək tənzimləyici "T" hüceyrəsi adlı qeyri-adi immun hüceyrəsinin yüksək səviyyədə olduğunu aşkar ediblər. Bu hüceyrənin başqa adı supressor hüceyrə, TS- limfosit və ya kövrək T hüceyrəsidir.
Tipik olaraq, supressor hüceyrələr immun sistemini boğur (immunosupressiv təsir yaradır), lakin bu hüceyrələr kövrək olduqda - əvvəllər onlar yalnız xərçəng şişi mikromühitlərində müşahidə olunurdular - immunosupressiv xüsusiyyətlərini itirirlər və bunun əvəzinə iltihablı sitokin interferon-y (IFN-y) istehsal edirlər. Sitokinlər hüceyrə xəbərçisi kimi çıxış edən və bədənin immun reaksiyasını istiqamətləndirən kiçik zülallardır.
Tədqiqat müəllifləri yazır ki, narkotiklərin yaratdığı hipoksiya (bədənin oksigen çatışmazlığı ilə üzləşdiyi bir vəziyyət) hüceyrələrin xüsusiyyətlərində dəyişikliklərə səbəb ola bilər. Şiş bölgəsindəki supressor hüceyrələrin kövrək olmasına səbəb olan hipoksiyadır.
Elm adadmları bu mövzuda siçanlar üzərində təcrübə aparıblar: onlara heroin veriblər, bu da kövrək T- hüceyrələrinin sayının artmasına və müvafiq olaraq iltihablı sitokin interferon (IFN) miqdarının artmasına səbəb oldu.
Heroin verilən siçanlardan götürülmüş nümunələrin təhlili göstərdi ki, IFN təkcə qan dövranında deyil, həm də beynin məqsədyönlü davranışı və mükafatlandırma yollarını modulyasiya edən həzz mərkəzində (nüvə akkumbens) də artıb. Bu kəşf asılılığın təbiətini və onun müalicəsini başa düşmək üçün vacibdir. Tədqiqat müəlliflərinin fikrincə, həzz mərkəzində IFN səviyyəsinin artması göstərir ki, kövrək tənzimləyici T hüceyrələri qan-beyin baryerindən - beyni patogenlərdən və qanla dövr edən bir çox dərman preparatlarından fiziki olaraq qoruyan qoruyucu təbəqəni keçə bilir.
Tədqiqatçılar bildirirlər ki, beyin-qan baryerinin zəifliyi narkotik istifadəsi zamanı həzz mərkəzinin neyronları CCL2 (MCP-1) sitokinini ifraz edirlər: narkotikin təsiri altında sitokin daha çox T hüceyrələrinin beynə daxil olmasına səbəb olur.
Tədqiqatçıların fikrincə, bu o deməkdir ki, T hüceyrələri və xüsusilə IFN neyronlar arasında sinaptik bağlantıları zəiflədərək həzz mərkəzində dəyişikliklərə səbəb olur. Və bu, siçanlarda ağrı simptomlarına gətirib çıxarır.
Yəni, narkotik opioid iltihablı T hüceyrələrinin mərkəzi sinir sisteminə daxil olmasınə şərait yaradır və bununla da struktur və davranış dəyişikliklərini tətikləyir. Tədqiqatçılar bu mexanizmin bütün hissələrini bir araya gətirərək, ən azı siçanlarda onu poza biləcəklərini də göstərdilər.
Yüksək səviyyəli IFN olan siçanlarda və narkotiki qəbul edənə qədər İFN-i neytrallaşdıran antitel vurulmuş siçanlarda, T hüceyrələri beyinə keçməyə davam etsə də, abstinensasiya dövründə sinir əlaqələri güclü və toxunulmaz qaldı. Bu təcrübələrdə ikinci qrup siçanlarda ağrı simptomlarının azalması və daha qısa olması- birinci halda 60 saat, ikinci halda isə 60 əvəzinə cəmi 12 saat.
Professor Luis Montaner deyir ki, cavablandırılmalı olan əsas sual budur ki, bu zəncirin hər hansı bir halqasını məhv edərək pozaraq, insanlarda da siçanlarda olduğu kimi ağrı simptomlarının qarşısını almaq mümkündür, ya yox?!
Tədqiqatçılar qeyd edirlər ki, heroin istifadəçilərinin qanında T hüceyrələrinin çoxalmasına əslində nəyin səbəb olduğu aydın deyil - onlar heroindən istifadə etdikdən bir neçə gün sonra insanlardan qan nümunələri götürüblər. Yəni, nümunələr götürülən zaman bu insanlarda artıq ağrı əlamətləri var idi. Nümunələr narkotik istifadəsi zamanı götürülsəydi, prosesin əvvəlində nə baş verdiyini anlamaq mümkün olardı.
Buna görə də, Montaner deyir ki, hüceyrələrlə və hipoksiya arasında əlaqə tədqiqat müəlliflərinin fərziyyəsidir.
Öz növbəsində də, Eyzenşteyn qeyd edir ki, narkotik istifadəsi və sonradan çəkilmə immunitet sistemini zərərli bağırsaq bakteriyalarının bədənə sızması nöqtəsinə qədər gətirə biləcəyini göstərən bir çox elmi iş (bunun çoxu digər alimlərlə birgə müəllifidir) mövcuddur. Zərərli bakteriyalar isə sepsisə gətirib çıxarır.
Yeni araşdırma, abstinent simptomunda bakteriyaların və ya sepsisin roluna toxunmasa da, Eyzenşteyn onların əlaqəli ola biləcəyini irəli sürür. Hipotetik olaraq desək, ağrı prosesinin erkən mərhələsində sepsis iltihabi reaksiyasını tətikləyə bilir və şərait yarada bilər. Bu reaksiya tədqiqat müəllifləri tərəfindən müşahidə edilib.
Eyzenşteyn, tədqiqat müəlliflərinin əsas qənaəti ilə razılaşdığını söyləyir. Ancaq təsvir olunan mexanizmin bir hissəsi var ki, onu fərqli şəkildə şərh etmək olar.
Tədqiqatçılar hesab edirlər ki, parazitar T hüceyrələri hasil olunur, sonra periferiyadan beynin həzz mərkəzinə (ətraf nüvəyə) hərəkət edir və sonra interferona çevrilir. Ancaq bəlkə də bu T hüceyrələri əvvəlki sepsis fenomenidən meydana gəlir.
CNS immun hüceyrələrinin toksinlərə və viruslara reaksiyasını tədqiq edən asılılıq tədqiqatçısı İrma (Lisa) Sisneros deyir ki, siçanlarda səbəb-nəticə əlaqəsi insanlarda aşkar edilən korrelyasiyaya uyğun gəlməyə bilər.
"Fizioloji səviyyədə hər şey bir-birinə bağlıdır", Sisneros deyir. “Məsələn, bağırsaq-beyin oxu, yaxud narkotikdən istifadənin həddi aşmasının metabolitlərə və qaraciyərə verdiyi fəsadın qan-beyin baryerini necə keçdiyi. Tədqiqat bütün bu aspektləri səthi şəkildə araşdırır, lakin onların arasındakı əlaqəni başa düşmək çətindir. Xüsusilə ən vacib amillərdən biri, mənim fikrimcə, tədqiqatda əhatə olunmayan asılılığın neyrosxemidir.
Elə olmur ki, insan bir dəfə narkotikdən istifadə etməklə aludəçiliyə çevrilsin. Asılılığın əmələ gəlməsi neyrosxemlərin yenidən qurulduğu uzun bir prosesidir. Çox güman ki, sinirlərin iltihablanması neyrosirkulyasiyaya təsir edir", deyə Sisneros bildirir.
Sisnerosun fikrincə, siçanlarda neyronlararası əlaqə sistemi asılı insanda olan dövrə ilə üst-üstə düşməyə bilər, çünki siçanlara heroin verilmişdir - onlar özləri buna aludə olmayıblar.
Ancaq suallar və fərziyyələri bir kənara qoysaq, araşdırma "lomka" sindromunin və asılılığın öyrənilməsində irəliyə doğru addımdır.
Montaner deyir ki, kövrək T hüceyrələrinin sayının əsasında yaxın gələcəkdə onun səbəb olacaqı ağrı sindromunun ağırlığını, bu sindromun nələr edə biləcəyini yoxlamaq olduqca asandır.
Tədqiqatçı hesab edir ki, narkotik aludəçilərində "IFN-β" blok edən dərmanların ağrı simptomlarının qarşısını alıb-almadığını yoxlamaq üçün bu tədqiqatlara əsaslanmaq lazımdır.
Hazırladı: Asya ŞÜKÜROVA
Stopnarkotik.az