“Ermənistan hakimiyyəti ABŞ-a arxalanan dövlətlərin qibtə olunmaz taleyini xatırlamalıdır”.
Bu sözləri Rusiyanın xarici işlər naziri Sergey Lavrov İrəvanın Moskvanı itirə bilərmi sualına cavab verərkən deyib.
O əlavə edib ki, Ermənistanda bəzi aparıcı siyasətçilər bunun baş verməsini istəyir və Qərbə yönəlirlər.
“Onlar yaxın tarixə nəzər salsalar yaxşı olardı ki, Birləşmiş Ştatlar Amerika sahillərindən uzaq dünyanın ərazilərində öz geosiyasi maraqlarını təbliğ edərək qanadı altına almaq istədiyi şəxslərlə necə rəftar etdi. Bütün bu insanların taleyi çox, çox qibtəedilməzdir”, – deyə Lavrov TASS-a müsahibəsində bildirib.