Masallıda evdən oğurluq edilib.
Daxili İşlər Nazirliyindən Stopnarkotik.az-a verilən xəbərə görə, şəhər ərazisindəki evlərin birindən 48000 manat dəyərində qızıl-zinət əşyaları oğurlanıb.
Masallı rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluqda şübhəli bilinən rayon sakini N.Eyvazova və F.Əhmədov saxlanılıblar.
Araşdırma aparılır.