Bakı şəhərinin Xəzər rayonunda ümumi sahəsi 810 m² (hər mərtəbəsi 270 m²) olan üçmərtəbəli mebel salonunun 1-ci mərtəbəsinin yanar konstruksiyaları 30 m² sahədə və 1 ədəd yumşaq mebel dəsti yanıb.
Stopnarkotik.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Qeyd olunub ki, mebel salonunun qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.