Azərbaycanlı iş adamı Tufan Sadıqov ömürlük futboldan uzaqlaşdırılıb.
Bu qərarı Rusiya Futbol İttifaqının (RFİ) Nəzarət və İntizam Komitəsi (NİK) verib.
Sadıqov “Ximki” klubunun investoru olub. Sentyabrın 9-da Moskva vilayəti Arbitraj Məhkəməsi klubu müflis elan edib. Klubun borcu 448 milyon rubl (təxminən 9 milyon 363 min manat) təşkil edir.
Bu qərar “klubun peşəkar statusunun itirilməsinə səbəb olan vicdansız və ağılsız hərəkətlərə görə” qəbul olunub.
Xatırladaq ki, ötən mövsüm “Ximki” Rusiya Premyer Liqasında 12-ci yeri tutsa da, növbəti mövsüm üçün qeydiyyatdan keçə bilməyib. Klub maliyyə meyarlarına əməl etmədiyi üçün çempionatda çıxış etməyə lisenziya ala bilməyib.