Amerika Birləşmiş Ştatları İsrail sahillərinə 4000 dənizçi və dəniz piyadası göndərmək qərarına gəlib.
Stopnarkotik.az xəbər verir ki, bu barədə "The Washington Post"a məlumat yayıb.
Adının açıqlanmasını istəməyən iki Müdafiə Nazirliyinin rəsmisi bildirib ki, 4 000-dən çox dənizçidən və dəniz piyadalarından ibarət “Bataan” amfibiya gəmisi İsrail sahillərindəki ABŞ Hərbi Dəniz Qüvvələrinə qoşulacaq.
Vurğulanıb ki, İsraillə HƏMAS hərəkatı arasında qarşıdurmanın şiddətlənəcəyi təqdirdə ABŞ hərbçiləri gəmilərdə qalacaqlar.
Gəmilər, üzvləri bəzi xüsusi əməliyyatlar da daxil olmaqla, bir sıra missiyaları yerinə yetirmək üçün təlim keçmiş 26-cı Dəniz Ekspedisiyasını bölgəyə gətirəcək.