Yunanıstanın paytaxtı yaxınlığında yerləşən Artemidada atışma baş verib, 6 nəfər ölüb.
Stopnarkotik.az report-a istinadən xəbər verir ki, bu barədə "Kathimerini" qəzeti məlumat yayıb.
Məlumata görə, naməlum şəxslər Almaniya nömrəsi olan avtomobilə atəş açıb.
Ölənlərdən 5-i avtomobildə, digəri isə küçədə olub.
"Associated Press"in məlumatına görə, hücum cinayətkar qruplar arasında münaqişələrlə bağlı ola bilər.
Polis hadisə ilə bağlı araşdırma aparır.