“Vens müharibənin əleyhinə olub” - "Trampın hərəkətləri onun alçaldılmasıdır...”

ABŞ-nin İrana qarşı hərbi əməliyyatı başlamazdan əvvəl ABŞ-nin vitse-prezidenti Cey Di Vens bu kampaniyaya qarşı çıxıb. 

Bunu “Politico” nəşri Ağ Evin iki yüksək vəzifəli məmuruna istinadla bildirib.

Nəşrin məlumatına görə, Vens ABŞ Prezident Administrasiyası daxilində öz fikirlərini açıq şəkildə bəyan edib. Bir mənbə vitse-prezidentin İranla müharibəyə "şübhə ilə yanaşdığını və bunun əleyhinə olduğunu" bildirib.

Administrasiyanın başqa bir rəsmisi qeyd edib ki, Vensin rolu müxtəlif mövqeləri Donald Trampa və Ağ Evə təqdim etməkdir.

“Lakin qərar verildikdən sonra Vens bununla tam razılaşır", - deyə mənbə nəşrə bildirib.

Seçki kampaniyası zamanı Vens ABŞ-nin İranla müharibəyə girməyəcəyinə söz verib və hərbi əməliyyatların Vaşinqton üçün "çox baha başa gələcəyini" qeyd edib. O, İsrail və İran arasında müharibənin III Dünya Müharibəsinin başlamasına səbəb ola biləcəyini vurğulayıb. Lakin indi Trampın qərarları ilə razılaşmaqdan və onları dəstəkləməkdən başqa əlacı yixdur.

"The Atlantic" nəşri isə bununla bağlı yazıb ki, Trampın faktiki hərəkətləri Vensin bir növ alçaldılmasıdır./azpolitika.info