Dünən Rusiya Müdafiə Nazirliyinin rəhbərinin jurnalistə cavabı ciddi əks-səda doğurub.
Sergey Şoyqunun media nümayəndəsinin sualına reaksiyası Kremldə səs-küyə səbəb olub.
Belə ki, onun "qələbə qazanacağıq" sualına bir anlıq düşünməsi və çiyinlərini çəkməsi, görünür, hakimiyyəti sarsıdıb. Çünki müdafiə nazirinin bu reaksiyasını əks etdirən görüntü sözügedən media orqanının saytından çıxarılıb.
Qeyd edək ki, Şoyqudan öncə Rusiya XİN başçısı Sergey Lavrovun eyni suala "əlbəttə, başqa cür ola bilməz" cavabı vermişdi.