Qadınları aldadıb Türkiyəyə aparan Məsdan yenidən hakim qarşısında

İnsan alverində təqsirləndirilərək məhkum olunan Məsdan Dadaşova Ali Məhkəməyə müraciət edib.

Onun müraciətinə hakim Nazim Mövsümovun sədrliyi ilə keçiriləcək məhəkəmə prosesində baxılacaq.

İş üzrə məhkəmə baxış iclası dekabrın 13-nə təyin olunub.

Qeyd edək ki, 1962-ci il təvəllüdlü Məsdan Dadaşova 2019-cu ilin oktyabr ayından 2020-ci ilin yanvar ayının ortalarınadək zərərçəkmişləri Türkiyənin Aksaray şəhərinə aparıb. Zərərçəkmişlər 1982-ci il təvəllüdlü G.S, 1983-cü il təvəllüdlü G.S və 1987-ci il təvəllüdlü K.K-dır. Onların hər üçü Sumqayıt şəhərində yaşayıblar. Məlumata əsasən, Məsdan Dadaşova hər üç qurbanını növbə ilə Türkiyənin qeyd olunana şəhərinə aparıb və orada onları fahişəliyə cəlb edib. Onun barəsində Cinayət Məcəlləsinin 144-1.2.1-ci (insan alveri, iki və daha artıq şəxsə qarşı törədildikdə) maddəsi ilə ittiham elan olunub./olke.az