Hava limanının əməkdaşı oğurladığı 300 dolları uddu - ANBAAN VİDEO

Manila hava limanında (Filippin) təhlükəsizlik xidmətinin qadın əməkdaşı turistin əl yükündən 300 dollar oğurlayıb. 

"Bild" nəşri xəbər verir ki, pulun sahibi dərhal bunu hiss edib və hay-küy salıb. 

Bu zaman qız tutulmamaq üçün əskinasları udub və üstündən də su içib.

Bütün bu olay müşahidə kameralarına düşüb. Faktla bağlı araşdırma aparılır.