Polşanın Baş naziri Mateuş Moravetski keçmiş prezident Mixail Saakaşvilini müayinə etmək üçün Gürcüstana həkimlər göndərib.
Stopnarkotik.az xəbər verir ki, o, bu barədə öz tviter səhifəsində yazıb.
“Biz dostlarımızı darda qoymuruq. Mənim xahişimlə həkimlərdən ibarət yardım qrupu Gürcüstanda keçmiş prezident Mixail Saakaşvilinin hərtərəfli tibbi müayinəsinə başlayıb”, - Moravetski yazıb.