Bakının Suraxanı rayonunda bıçaqlanma hadisədi baş verib.
Hadisə Binə qəsəbəsində qeydə alınıb.
Belə ki, 1996-cı il təvəllüdlü Əliyev Babək Azər oğlu naməlum şəxs tərəfindən bıçaqlanıb.
Yaralı döş qəfəsinin kəsilmiş-deşilmiş xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.
Suraxanı Rayon Polis İdarəsinin 30-cu Polis Bölməsinin əməkdaşları faktla bağlı araşdırma aparır.