İsrail tankları bufer-zonanı keçib və Suriyanın cənubundakı Qatana qəsəbəsi yaxınlığına yerləşib.
Stopnarkotik.az xəbər verir ki, bu barədə Livanın “Əl Mayadin” telekanalı məlumat yayıb.
“İsrail əsgərləri Dəməşqin kənarındakı bir neçə kəndə daxil olub. İsrail ordusu quru əməliyyatlarını bufer-zonadan kənarda deyil, yalnız onun daxilində keçirməyi planlaşdırdığını demişdi”, - məlumatda qeyd olunub.
Qeyd edək ki, İsrail tanklarının girdiyi Qatana qəsəbəsi paytaxt Dəməşqin 21 km-də yerləşir.