GÜRCÜSTANDA NÖVBƏTİ İSTEFA! - XİN rəhbərinin müavini də müxalifətin yanında yer aldı

Gürcüstan xarici işlər nazirinin müavini Teymuraz Cancaliya istefa verib.

Stopnarkotik.az xəbər verir ki, bu barədə “Mtavari Arxi” telekanalı məlumat yayıb.

Yerli KİV sabiq xarici işlər naziri, hazırda Gürcüstanın ABŞ-də səfiri olan David Zalkalianinin də vəzifəsindən istefa verməsi barədə məlumat paylaşıb.

Xatırladaq ki, Gürcüstanın Bolqarıstan və Niderland Krallığındakı səfirləri hakim partiyanın Aİ ilə inteqrasiya danışıqlarını 4 il müddətinə dayandırmaq qərarından sonra istefa verib.