Həbs edilən nazir intihara cəhd etdi

Cənubi Koreyanın keçmiş müdafiə naziri Kim Yonq-hyun Seulun şərqindəki təcridxanada intihara cəhd edib.

Bu barədə "Yonhap" agentliyi məlumat yayıb.

"Uğursuz cəhddən sonra Kim qoruyucu kameradadır və səhhəti stabil olaraq qalır", - deyə islah mərkəzinin rəhbəri Şin Yanq Hae bildirib. 

Prezident Yoon SUK Yeol qısa müddət ərzində hərbi vəziyyət elan etdikdən sonra Kim Yonq-hyun dekabrın 8-də vətənə xəyanətdə şübhəli bilinərək nəzarətə götürülüb.

.