NARKOTRİK ŞƏBƏKƏSİ DAĞIDILDI: 57 nəfər saxlanıldı, 11 ton həşiş müsadirə olundu

İspaniyada böyük narkotik şəbəkəsi dağıdılıb: 10,5 tondan çox həşiş götürülüb, 57 nəfər saxlanılıb.

Stopnarkotik.az xəbər verir ki, İspaniyada narkotik satışı ilə məşğul olan böyük bir qrupa qarşı əməliyyat keçirilib.

Məlumata görə, qrup böyük miqdarda həşişi Mərakeşdən İspaniyaya gətirib, daha sonra narkotikləri avtomobillərlə Madridə aparıb.

Əməliyyat zamanı 57 nəfər saxlanılıb və 20 yerdə axtarış aparılıb.

Axtarış zamanı 10 min 500 kiloqramdan çox həşiş, 1 100 kiloqramdan çox marixuana, 19 avtomobil, bahalı saatlar, 50 min 800 avro pul və 1 ədəd silah götürülüb.

Əməliyyat nəticəsində böyük miqdarda narkotik daşıyan qrupa zərbə vurulub. 

Stopnarkotik.az