Türkiyənin İstanbul şəhərinin Sancaktepe rayonunda keçirilən əməliyyat zamanı 191 kiloqramdan çox narkotik maddə götürülüb, 1 nəfər saxlanılıb.
Stopnarkotik.az xəbər verir ki, İstanbul polisi şəhərin Sancaktepe rayonunda bir evdə narkotik hazırlandığı və satıldığı barədə məlumat alıb.
Polis iyulun 17-də həmin evdə əməliyyat keçirib. Əməliyyat zamanı narkotik satan şəxs saxlanılıb.
Evdə aparılan axtarış zamanı 50,17 qram marixuana, 60,54 qram metamfetamin, 20,45 qram kokain, 2 ədəd tərəzi, 1 340 litr maye ammonyak və 169 min 300 lirə pul tapılıb.
Polis bölməsindəki işlər başa çatdıqdan sonra məhkəməyə aparılıb. Məhkəmənin qərarı ilə o, həbs olunaraq həbsxanaya göndərilib.
Stopnarkotik.az