Kolumbiyadan İspaniyaya göndərilən konteynerdən 499 kiloqram kokain götürülüb.
Stopnarkotik.az xarici KİV-lərə istinadən xəbər verir ki, Kolumbiyanın Kartagena limanında İspaniyaya göndərilən konteynerdə 499 kiloqram kokain aşkarlanıb.
Məlumata görə, narkotik konteynerdə olan adi yüklərin arasında gizlədilib. Yükün İspaniyanın Valensiya şəhərinə göndərilməsi planlaşdırılıb.
Araşdırma zamanı konteynerin yoxlanılmaması üçün saxta təhlükəsizlik möhürlərindən istifadə edildiyi də müəyyən olunub.
Narkotik maddənin Avropaya göndərilməsi planlaşdırılıb. Hadisə ilə bağlı araşdırma davam edir.
Stopnarkotik.az