"Bəşər Əsədin təyyarəsi qəzaya uğrayıb və həlak olub" - "Reuters"-dən SENSASİON İDDİA

Suriyanı tərk etməyə hazırlaşan Bəşər Əsədin təyyarəsinin qəzaya uğraması və ya vurulması nəticəsində öldüyü bildirilir.

Bu barədə iddia ilə "Reuters" Agentliyi yerli mənbələrə istinadən çıxış edib.

"Flightradar24" saytının məlumatında bildirilir ki, təyyarə havaya qalxdıqdan bir qədər sonra radarlardan itib.

Yerli mənbələr də hava gəmisinin vurulması ehtimalı üzərində dayanaraq, bu məsələ ətrafında naməlum vəziyyətin hökm sürdüyünü açıqlayıb.

Qeyd edək ki, "Reuters" təyyarədə kimin olduğunu dəqiqləşdirə bilməyib./apa