“Gürcü Arzusu”nun sədri istefa verib? - HAKİM PARTİYADAN İDDİALARA REAKSİYA

Gürcüstanın hakim “Gürcü Arzusu” partiyası İrakli Qaribaşvilinin istefası ilə bağlı xəbərlərə münasibət bildirib.

Stopnarkotik.az apa-ya istinadən xəbər verir ki, “Gürcü Arzusu” yaydığı məlumatda partiyanın sədri, keçmiş Baş nazir İrakli Qaribaşvilinin istefası ilə bağlı yayılan xəbərləri təkzib edib.

*** 18:35

Keçmiş Baş nazir İrakli Qaribaşvili “Gürcü Arzusu” partiyasını tərk edib.

Bu barədə "Mtavari Arxi" telekanalı məlumat yayıb.

*** 16:47

“Gürcü Arzusu” partiyasının sədri İrakli Qaribaşvili “Gürcü Arzusu” partiyasını tərk edir.

Bu barədə məlumatı Gürcüstanın “TvPirveli” kanalı yayıb.

Kanalın yaydığı məlumata əsasən, sözügedən məsələni Qaribaşvilinin yaxın ətrafı təsdiqləyib. Məlumatda deyilir ki, o, bizneslə məşğul olmaq üçün bu addımı atmağa hazırlaşır.

"Gürcü Arzusu”nun rəhbərləri Qaribaşviliyə formal olaraq komandada qalmağı təklif edir və etirazlar fonunda açıqlama verməməsini xahiş edirlər.

Qaribaşvilinin isə nə qərar verəcəyi məlum deyil.