Fransa Prezidenti Emmanuel Makron bu gün axşam saatlarında xalqa müraciət edəcək.
Bu barədə BFMTV Yelisey sarayına istinadən məlumat yayıb.
Onun çıxışının Bakı vaxtı ilə 23:00-da olacağı deyilir.
Xatırladaq ki, Fransa Milli Assambleyası Mişel Barnye hökumətinə etimadsızlıq barədə qətnamə qəbul edib. 1962-ci ildən bəri ölkə tarixində ilk dəfə hökumət etimad səsverməsindən sonra devrilib.