Məhəlləyə gələni sorğu-suala tutdular, bıçaqlandılar - MƏHKƏMƏ QƏRAR VERDİ

Bakı Ağır Cinayətlər Məhkəməsində xuliqanlıq məqsədilə qəsdən sağlamlığa ağır zərər vurmada və xuliqanlıqda təqsirləndirilən Oqtay Məcidovun (soyadı şərti) cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

Stopnarkotik.az Pravda.az-a istinadən xəbər verir ki, hakim Rasim Sadıxovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə o, 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

İttihama görə, hadisə 9 mart 2024-ci il tarixdə, saat 18:30 radələrində paytaxtın Səbail rayonu ərazisində qeydə alınıb.

Belə ki, həmin ərazidə yaşayan zərərçəkmişlər - Aydın Hacıyev və onun dostu Taleh Məmmədov (hər ikisinin soyadları şərti) ona - Oqtay Məcidova yaxınlaşıblar. Onlar təqsirləndirilən şəxslərdən həmin ünvana gəlməsinin səbəbini soruşublar. Bu zaman o, üzərindəki bıçaqla Aydın və Talehi bıçaqlayaraq onlara xəsarət yetirib.

Hadisədən sonra Oqtay Məcidov saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib.