Suriya bir çox bölgələri ələ keçirən müxalif qruplar Bəşər Əsədin yüksək səviyyəli komandirlərini hədəfə almaqda davam edir.
Stopnarkotik.az "azpolitika"ya istinadən xəbər verir ki, müxaliflər son olaraq “Əsəd Akademiyası Qəhrəmanı” titulunu sahib Suriya rejiminin general-mayoru Vail Məhəmməd Səidi öldürüblər. Onun müxalifətin təşkil etdiyi PUA hücumunda həyatını itirdiyi bildirilib. Digər tərəfdən, “Əsədin pələngi” kimi tanınan general Süheyl Həsənin isə yaralandığı deyilir. Əsədin uğurlu və ən sadiq zabitlərindən biri kimi təsvir edilən Həsən dəfələrlə Rusiya tərəfindən mükafatlandırılıb, general Valeri Gerasimov tərəfindən ona simvolik qılınc hədiyyə edilib.
Məlumata görə, müxaliflərin hücumları zamanı generallar və polkovniklər də daxil olmaqla rejimin 50 yüksək rütbəli komandiri öldürülüb.