Bakıda evdən 3500 manatlıq qızıl oğurlandı - 41 YAŞLI QADIN SAXLANILDI

Nərimanov rayonu ərazisində yerləşən mənzillərin birindən oğurluq olub.

Stopnarkotik.az xəbər verir ki, polisə müraciət edən ev sahibi dekabrın 7-də evdən pul və 3500 manat dəyərində qızıl-zinət əşyalarının oğurlandığını bildirib. 

Nərimanov RPİ 18-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlində şübhəli bilinən həmin evdə xidmətçi işləyən, əvvəllər də eyni əmələ görə məhkum olunmuş 41 yaşlı qadın saxlanılıb.

Araşdırma aparılır.