Britaniyada Rusiya narkomafiyasına BÖYÜK ZƏRBƏ – Cinayətkar şəbəkənin arxasından şok isimlər çıxdı

Narkotik satışından gələn milyardlar Ukraynada müharibə aparmaq üçün istifadə olunan silahların alınmasına xərclənirmiş...

Britaniya Milli Cinayət Agentliyi (NCA) genişmiqyaslı beynəlxalq araşdırmalarla bütün dünyada fəaliyyət göstərən Rusiya cinayət şəbəkəsinin zərərsizləşdirildiyini açıqlayıb.

Araşdırmaya görə, şəbəkənin içində iki qurum olub: SmartTGR Group.

Stopnarkotik.az BBC-yə istinadən xəbər verir ki, cinayətkar şəbəkə Britaniya, Yaxın Şərq və Cənubi Amerika, eləcə də Rusiyanın özündə kriminal qrupların pullarının yuyulması ilə məşğul olub.

Şəbəkənin fəaliyyət sahəsində narkotikin qanunsuz dövriyyəsi, dələduzluqla pul qoparmaq üçün proqramların hazırlanması və casusluq da var.

Məlumata görə, araşdırmalar nəticəsində müxtəlif ölkələrdə 84 nəfər həbs edilib.

Rusiya şəbəkəsinin zərərsizləşdirilməsi əməliyyatı beynəlxalq kəşfiyyat xidmətlərinin sənədlərində “Operation Destabilise” kimi qeyd olunub.

“Biz ilk dəfə Rusiya elitası, gizli zəngin kibercinayətkarlar və Böyük Britaniyanın küçələrində fəaliyyət göstərən narkotik dəstələri arasında əlaqələri aşkara çıxara bildik. Onları birləşdirən bağ isə SmartTGR-nin birgə qüvvələri indiyədək görünməz olub”, - deyə NCA Xüsusi Əməliyyatlar üzrə Baş Direktor Rob Cons bildirib.

“Rusiya elitası TGR Group vasitəsilə sanksiyalardan yan keçərək, özlərini və Kremli varlandırmaq üçün rəqəmsal aktivlərdən, xüsusən də ABŞ dolları ilə dəstəklənən stabilkoinlərdən istifadə edib”, deyə ABŞ Maliyyə katibinin terrorizm və maliyyə kəşfiyyatı üzrə müavini vəzifəsini icra edən Bredli Smit əlavə edib.

Müstəntiqlər ilkin nəticəni 2021-ci ildə əldə ediblər. Belə ki, polis narkotik satışından nağd pul daşıyan kuryer Fəvad Səyidi saxlayıb. Onun avtomobilində 250 min funt olub. Daha sonra o, 15,6 milyon funt-sterlinq narkotik pulunun daşınmasını koordinasiya etdiyini etiraf edib və dörd ildən çox müddətə həbs edilib.

NCA işçiləri təhqiqatı dərinləşdirdikdə F.Səyidinin Moskvada yerləşən “Smart” kriptovalyuta mübadiləsi xidmətinin rəhbəri Yekaterina Jdanova üçün işlədiyini öyrəniblər. Daha sonra NCA bütün ölkə üzrə eyni iş modelini - narkotik alverçiləri və kriptovalyutalar arasında əlaqəni üzə çıxarıb.

**

Yekaterina Jdanova

Narkotik satışından qazanc əldə edən Sayedi kimi kuryerlər narkotik alverçilərindən nağd pul yığaraq, onların bir-birinə güvənməsinə və tez köçürmələrə şərait yaradıb.

Kuryerə nağd pul köçürməsi təsdiqləndikdən sonra “Smart” və “TGR” tərəfindən təmin edilən kriptovalyuta alverçilərin gizli onlayn hesablarına göndərilib. Bu kriptovalyuta öz növbəsində Cənubi Amerika kartellərindən kokain almaq üçün istifadə edilib.

Ölkənin hüquq-mühafizə orqanları hesab edir ki, Böyük Britaniyadakı digər narkokuryer şəbəkəsini rusiyalı neftçi oğlu Semyon Kuksov idarə edirmiş. Cəmi 10 həftəyə Semyon və işbirlikçiləri virtual valyuta ilə narkotik satışından 12 milyon funt sterlinqdən çox pul qazanıblar. Bu səbəbdən, o, təxminən altı il həbs cəzası alıb.

Bu günə qədər NCA narkotik satışından gələn 700 milyon funt sterlinqin 20 milyonunu müsadirə edib. İndiyədək həbs və ittihamların böyük əksəriyyəti Sayedi və Kuksov kimi kuryerlərə aid olub.

NCA-nın Xüsusi Əməliyyatlar Departamentinin baş direktoru Rob Cons bildirib ki, bu əməliyyat əvvəllər beynəlxalq hüquq-mühafizə orqanlarına məlum olmayan milyardlarla dollarlıq pulların yuyulması sxemlərini üzə çıxarıb.

Rusiyada dərin köklər

Britaniya hakimiyyəti hesab edir ki, “Smart” və “TGR Group” Rusiya maliyyə sektoru ilə güclü əlaqələrə malikdir. Əksər hallarda Rusiyaya gələn və gedən pul vəsaitləri Yaxın Şərqdən keçərək göndərilirib və ümumən şəbəkə 30-dan çox ölkədə fəaliyyət göstəririb. Həmçinin, “Smart” və “TGR” mütəmadi olaraq 2022-ci ildə Böyük Britaniya və ABŞ-ın sanksiyasına məruz qalan kriptovalyuta mübadilə xidməti “Garantex” ilə bağlı olub. “Garantex” öz növbəsində Rusiyanın Ukraynada istifadə etdiyi silah komponentlərinə görə şirkətlərə ödənişlərlə bağlı olub.

ABŞ Xəzinədarlığı iddia edir ki, Yekaterina Jdanova və “TGR” şəbəkəsinin üzvləri Böyük Britaniyaya 2 milyon funt sterlinq köçürmək üçün kriptovalyutadan istifadə edib.

Müstəntiqlər iddia edirlər ki, 2022-ci ildə Rusiya casusluq üçün ödənən vəsaitləri köçürmək üçün “Smart” və “TGR” dən istifadə edib.

Sonra 2023-cü ildə eyni firmalar RT-yə nəğd pul köçürməsinə kömək edib. Bundan əlavə, NCA-nın məlumatına görə, Rusiya şəbəkəsi rusiyalı müştərilərə Rusiya pullarının Böyük Britaniyaya girişi ilə bağlı sanksiyalardan və məhdudiyyətlərdən qeyri-qanuni şəkildə yan keçməyə kömək edib.

Hazırladı: Asya ŞÜKÜROVA

Stopnarkotik.az