Kaptaqon terrorçuları özünü "gülləkeçirməz" hiss etməyə və yuxu yatmadan yaşamağa məcbur edir. İndi dünya bir "kaptaqon bumu"na hazırlaşır. Bəşər Əsədin qazanclı “kaptaqon narkotiki” imperiyası onun qaniçən rejiminin xəzinəsinə ildə milyardlarla funt-sterlinq gəlir gətirirdi. Amma Yaxın Şərqin küçələrini “kasıbın kokaini” adlandırılan Kaptaqonla dolduran "bərəkətli günlər" Əsədin əlindən çıxdı.
Kaptaqon həm gəlirli qazanc yeri, həm də Əsədin müharibə aləti olub, narkotik alverindən gələn gəlir birbaşa onun ailəsinin və hərbçilərinin cibinə axıb. Təxminlərə görə, istehsalı qəpik-quruşa başa gələn və təxminən 20 dollara (15 funt sterlinq) satılan həb Əsəd rejiminə Meksikanın bütün kartellərindən üç dəfə çox pul qazandırıb.
Lakin "Fenethylline" adı ilə də tanınan kaptaqon istehsalı Əsədin Rusiyaya qaçmasından və üsyançıların Suriyanın sahil bölgələrindəki əsas narkofabrikləri ələ keçirməsindən sonra demək olar ki, dayanıb.
Suriya-İordaniya sərhədini gəzmiş bir avropalı rəsmi BƏƏ-də yerləşən “The National” qəzetinə “Kaptaqon fabrkinin istehsalı ən azı 90 faiz aşağı düşüb. Kiçik, dağınıq emalatxanalar və sərhəddəki kiçik oyunçular meydanda qalıb", deyə bildirib. İordaniyalı bir mənbə, Əsəd adinistrasiyasına bağlı kartel üzvlərinin hasilatı dayandıdığına görə qeyri-qanuni narkotik ticarətinin önəmli dərəcədə azaldığını təsdiqləyib.
Bununla belə, narkotik axınındakı fasilə əbədi davam edə bilməz. İranın SEPAH-ına bağlı İraq dəstələri boşluqdan istifadə edərək Kaptaqon "bumu"nu başladacağını gözləyir. Sepahın bu gəlirə ehtiyacı var və kaptaqon gəlir əldə etmək, bölgədə Türkiyə ilə nüfuz savaşına girmək və təsir uğrunda rəqabət aparmaq üçün vasitə ola bilər.
Yaxın Şərq üzrə kəşfiyyat məlumatları göstərir ki, kaptaqon hələ də İranın dəstəklədiyi Hizbullahın köməyi ilə Livanda kiçik sexlərdə hazırlanır.
Əsədin 24 illik terroru altında suriyalılar tez-tez narkotik istifadəsi iddiasına görə böyük repressiyalarla üzləşirdilər, burada istifadəçilər tez-tez ağır həbs cəzalarına məhkum edilirdilər. Hələ 2021-ci ildə Suriya hökumətinin kaptaqonun satışından 5 milyard dollar (4 milyard funt sterlinq) qazandığı təxmin edilirdi.
Amfetamin və teofilindən ibarət dərman preparatı olan kaptagon ilk dəfə 1961-ci ildə Alman əczaçılıq firması "Degussa AG" tərəfindən işlənib hazırlanarkən "diqqət çatışmazlığı və hiperaktivlik sindromu" - DEHB, narkolepsiya və depressiya üçün müalicə vasitəsi kimi satıldı. Ancaq narkomanlar aşkar etdilər ki, həb enerji, ayıq-sayıqlıq və bəzən də eyforiya əldə etmək üçün ucuz vasitədir. Terrorçular isə kaptaqonu yorğunluğu dəf etmək və "gülləkeçirməz" olmaq üçün maddə kimi qəbul edilir.
Stopnarkotik.az