Dünən saat 23 radələrində Zaqatala rayonunun Mosul kəndində 24 yaşlı Seymur Əsgərov şəxsi münasibətlər zəminində aralarında yaranan mübahisə zamanı 30 yaşlı Əhmədov Rasim Nurməhəmməd oğluna bıçaqla xəsarətlər yetirib.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Stopnarkotik.az-a bildirilib ki, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən şəxs saxlanılıb.
Xəsarətlərlə bağlı müvafiq ekspertiza təyin olunub, araşdırmalar davam etdirilir.