Oğurluqla əlaqədar həbs olunmuşdu, yenidən ələ keçdi - BAKIDA KEÇMİŞ MƏHKUM QADIN SAXLANILDI

Bakıda evdən qızıl-zinət əşyaları oğurlayan qadın saxlanılıb.

Bu barədə Stopnarkotik.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, Suraxanı RPİ 30-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə noyabrın 30-da Hövsan qəsəbəsindəki evlərin birindən 3000 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən, əvvəllər də eyni əmələ görə məhkum olunmuş 30 yaşlı qadın müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.