ABŞ-dan Ukraynaya növbəti 6 milyardlıq yardım paketi - BAYDEN AÇIQLADI

Bazar ertəsi Bayden administrasiyası Ukraynaya əlavə hərbi və büdcə yardımı üçün təxminən 6 milyard dollar ayrıldığını elan edib.

Stopnarkotik.az-ın məlumatına görə. Bu barədə Turan-ın müxbiri Vaşinqtondan xəbər verir.

"Birləşmiş Ştatlar səlahiyyət müddətimin qalan hissəsi ərzində bu müharibədə Ukraynanın mövqeyini gücləndirmək üçün işləyəcək", - Bayden deyib.

Bayden əlavə edib ki, yeni yardım Ukraynaya “hava hücumundan müdafiə sistemləri, artilleriya və digər mühüm silahların uzunmüddətli təchizatını” təmin edəcək.

Hərbi yardımdan əlavə, maliyyə naziri Janet Yellen Ukraynaya büdcə yardımı üçün 3,4 milyard dollar ayrılacağını açıqlayıb.

"Ukraynanın uğuru - Amerikanın əsas milli maraqlarına uyğundur" deyən Yellen sanksiyalar vasitəsilə Moskvaya təzyiq göstərməyə və Ukraynaya kömək etməyə davam edəcəyinə söz verib.