Almaniya kansleri Fridrix Merz bildirib ki, Ukrayna üzrə Cenevrədə aparılan danışıqların çox gərgin keçdiyi barədə məlumatlar alır.
Merz bu fikirləri ProSieben və Sat1 telekanallarına müsahibəsində səsləndirib.
O, ən azı atəşkəs barədə birgə mövqenin razılaşdırılacağına ümid etdiyini deyib.
“Eşidirəm ki, danışıqlar son dərəcə çətin keçib, çünki vaxt çox azdır və məqsəd mümkün qədər tez, ən azından atəşkəsə nail olmaqdır.”
Merzin fikrincə, atəşkəs razılaşması əldə olunarsa, bu, Rusiya ilə mahiyyət üzrə dialoqun başlanmasına şərait yaradacaq.
***
ABŞ-ın Ukrayna ilə bağlı sülh planı çərçivəsində yeni təklif irəli sürüb.
Almaniya kansleri Fridrix Merz bildirib ki, bu barədə Yohannesburqda keçirilən G20 sammitindən sonra mətbuat konfransında danışıb.
Merzin sözlərinə görə, təklif hazırda Cenevrədə aparılan danışıqlarda müzakirə olunur.