Ukraynadakı rus qoşunlarının komandan müavini saxlanıldı

Ukraynada cəbhə zonasındakı Rusiya qoşun qruplaşmasının komandan müavini, ordu generalı Sergey Surovikin saxlanılıb.

Stopnarkotik.az xəbər verir ki, bu barədə “Financial Times” məlumat yayıb.

 

Qəzet bildirir ki, Surovikinin saxlanılması çox güman ki, “Vaqner”in baş tutmayan qiyamı ilə bağlıdır. Guya general qiyam barədə əvvəldən məlumatlı olub.

Qəzet vurğulayır ki, komandan müavininin qiyamda iştirakçı kimi, yoxsa şahid kimi saxlanıldığı dəqiqləşməyib.