Orta Dəhliz İrandakı münaqişə fonunda beynəlxalq yük daşımaları üçün daha etibarlı alternativə çevrilir. Bunu Avropa Yenidənqurma və İnkişaf Bankı Qafqaz üzrə regional direktoru Alkis Drakinos bildirib.
"Orta Dəhliz" Çin, Qazaxıstan, Xəzər dənizi, Azərbaycan, Gürcüstan və Türkiyədən keçərək Avropa ölkələrinə gedən bir marşrutdur”, deyən A. Drakinos qeyd edib ki, İrandakı münaqişə Asiya və Avropa arasında gəmiçilik risklərini kəskin şəkildə artırıb, buna görə də bu marşrut hazırda əsasən tərk edilir.
"Şirkətlər artıq risklərə uyğunlaşır və alternativ planlar hazırlayırlar. Bu şəraitdə hərbi əməliyyatlardan təsirlənməyən Orta Dəhliz aşkar və cəlbedici alternativə çevrilir", deyə o qeyd edib.
Stopnarkotik.az