NATO ölkələri Çinin təhdidlərinə qarşı birgə işləməyə razılaşıblar

Vilnüsdə keçirilən sammitdə NATO ölkələri Çinin “təhdidedici davranışına” qarşı özlərini müdafiə etmək üçün birgə işləmək barədə razılığa gəliblər.

Stopnarkotik.az  xəbər verir ki, bunu NATO-nun Baş katibi Yens Stoltenberq alyansın Vilnüsdə keçirilən sammitinin birinci gününün yekunlarına dair mətbuat konfransında deyib.

Stoltenberqin sözlərinə görə, Çin Rusiyanın Ukraynadakı hərəkətlərini pisləməkdən imtina edib.

“Çinin nüvə modernləşdirilməsinin sürət və miqyas baxımından heç bir presedenti yoxdur”, - alyansın baş katibi bildirib.