Narkotikin təsiri altında avtomobil qaçıraraq Balakənə getmək istəyən keçmiş məhkum saxlanıldı

Paytaxtın Binəqədi rayonunda zərərçəkən polisə müraciət edərək “Chevrolet” markalı avtomobilinin naməlum şəxs tərəfindən qaçırıldığını bildirib.

Bu barədə Stopnarkotik.az-a Daxili İşlər Nazirliyindən (DİN) məlumat verilib.

Bildirilib ki, polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə əməli törətməkdə şübhəli bilinən, əvvəllər dəfələrlə məhkum olunmuş 36 yaşlı İ.Papaxov saxlanılıb. Araşdırmalarla məlum olub ki, həmin şəxs taksi fəaliyyəti ilə məşğul olan zərərçəkənin müştəriyə kömək etmək məqsədilə bir neçə dəqiqəlik avtomobildən uzaqlaşmasını fürsət bilərək cinayət əməlini həyata keçirib. Hadisəni törətdikdən sonra İ.Papaxov paytaxtdan Balakən rayonuna doğru hərəkət edərkən polis əməkdaşları onu stasionar postların birində saxlayıblar. Onun davranış və hərəkətləri şübhə doğurduğundan tibbi müayinədən keçmək üçün müvafiq qaydada tibbi müəssisəyə aparılıb. Müayinə nəticəsində İ.Papaxovun narkotik vasitə qəbul etdiyi məlum olub. Nəqliyyat vasitəsi isə sahibinə geri qaytarılıb.

Faktla bağlı araşdırmalar davam etdirilir.