Narkotik asılılığının müalicəsində əsasən Metadon metodu qəbul edilir. Azərbaycanda da narkotik asılılarının Metadon metodu ilə müalicəsi əsas qəbul edilmiş yol hesab edilir. Amma dünya praktikasında Metadon ilə yanaşı Bernes metodu deyilən təcrübə də tətbiq edilir.
Bernes metodu metadondan buprenorfinə ağrısız keçid istəyən minlərlə xəstəyə ümid verir, opioid asılılığı üçün daha rahat və təhlükəsiz müalicəyə qapı açır.
Bir çox xəstələr üçün metadondan daha təhlükəsiz və daha rahat dərman olan buprenorfinə keçid kəskin ağrı, yəni lomka simptomları riski səbəbindən çətin olaraq qalır. Bununla belə, İsveçrə alimləri tərəfindən hazırlanmış üsul innovativ bir həll təklif edir: mikrodozadan istifadə edərək buprenorfinə rəvan keçid.
Opioid asılılığının müalicəsi üçün əsas dərmanlardan biri olan metadon onilliklər ərzində istifadə olunur. Bu, xəstələrin vəziyyətini sabitləşdirməklə və narkotik istifadəsi istəyini azaltmaqla küçə narkotiklərindən uzaqlaşdırmağa kömək edir. Bununla belə, metadonun mənfi tərəfləri var: gündəlik klinika ziyarətlərinə ehtiyac, yuxululuq və ya ürək problemləri kimi yan təsirlərin riski və digər dərmanlara keçidin çətinliyi. Yəni metadon qəbulu ilə narkotik asılılığı o qədər də azalmağa doğru getmir.
Daha yeni bir alternativ olan buprenorfin metodunda daha az asılılıq və aşırı doza riski olur, həm də xəstələrə dərmanı evdə qəbul etməyə imkan verir, müalicəni daha rahat edir. Bəs bu keçidi necə rahat və təhlükəsiz etmək olar?
"Turbo-kumar"
Bernes metodu buprenorfinin mikrodozada alınmasına yəni xəstə metadon və ya başqa bir opioid qəbul etməyə davam edərkən eyni zamanda buprenorfinin kiçik dozalarının tədricən tətbiqinə əsaslanır. Bu üsul, metadon terapiyasının jarqonunda xəstələrin "turbo-çevriliş" adlanan kəskin ağrı - “lomka” simptomlarından qaçmağa imkan verir, hansı ki, xəstə bu duruma tibbi məslhətlərə baxmayaraq həzzin gücünü və sürətini artırmaq üçün, "həzzin önündə qaçır". Bir çox xəstə qeyd edir ki, "turbo kumar", yəni lomka həmişəkindən daha güclü olur, çünki əksər hallarda fırlanma və ağrı o qədər dözülməz olur ki, bəziləri "bu ağrını dərhal dayandırmaq üçün yenidən metadon qəbuluan gedirlər". Amma mikrodozalama mütəxəssislərinin fikrincə, "turbo-kumar" qorxusu ilə mübarizə aparan insanlar üçün Bernsin üsulu əsl xilas, başqa bir dərmana ağrısız keçid və daha məqbul müalicə şansı ola bilər.
Berns üsulu sadəcə olaraq bir dərmanın digəri ilə, yəni metadonun buprenorfin ilə əvəz edilməsi deyil, həm də asılılığın fiziologiyasını nəzərə alan hərtərəfli düşünülmüş prosesdir. Buprenorfin opioid reseptorlarının qismən agonistidir, yəni tam agonist olan metadondan daha yumşaq şəkildə aktivləşdirir. Bu fakt buprenorfini daha təhlükəsiz edir, lakin qəfil tətbiq edildikdə, metadonu reseptorlardan sıxışdırıb çıxara bilər, bu da "çökmə lomkası”na səbəb olur, necə ki, qəfil "turbokumar", ağır narahatlıq verərək vəziyyətin kəskin pisləşməsinə səbəb olur. Bernes üsulu bu problemi mikrodozlama yolu ilə həll edir.
Belə ki, xəstə adi metadon dozasını qəbul etməyə davam edərkən yanaşı olaraq gündə 0,2 mq kimi aşağı dozada buprenorfin qəbuluna başlayır. Tədricən buprenorfinin dozası artır (0,4 mq, 0,8 mq və s.), metadon isə yalnız orqanizm artıq yeni dərmana uyğunlaşdıqda azaldılmağa başlayır. Bu proses metadonun ilkin dozasından və fərdi xəstənin xüsusiyyətlərindən asılı olaraq bir neçə gündən bir neçə həftəyə qədər davam edə bilər. Əsas məqsəd, ağrı - lomka simptomlarını və residiv –“srıv”riskini minimuma endirərək metadondan buprenorfinə keçidi hamar etməkdir.
Bernes metodu ilk dəfə 2016-cı ildə Robert Hammiqin rəhbərlik etdiyi İsveçrə alimləri tərəfindən təsvir edilib. Araşdırmaya ağır asılılığı olan xəstələr cəlb edilib. Onlardan biri gündə 40 mq metadon və 800 mq diasetilmorfin (farmasevtik heroin) qəbul edib. Xəstə 0,2 mq buprenorfin qəbul etməyə başlayır və 29 gün ərzində onun dozası 24 mq-a yüksəldi, metadon və heroin isə tədricən azaldılıb. Ağrı simptomları minimal olub, yüngül yorğunluq və bəzi narahatlıqlar olub ki, bu da ənənəvi təcrübədən çox uzaqdır.
Digər bir misal isə 2024-cü ildə Dr.Sinqhin araşdırmasıdır. Xəstə hər gün 105 mq metadon qəbul edib ki, bu da çox yüksək doza hesab olunur. Yeddi günlük mikrodozlama protokolundan istifadə edərək, o, birinci gündə 0,5 mq buprenorfin qəbuluna başlayıb, yeddinci gün dozanı 12 mq-a qədər artırıb. Metadon səkkizinci gündə tamamilə dayandırılıb və xəstə yalnız tez keçən yüngül halsızlıq keçirdiyini bildirib. Bu vəziyyət göstərir ki, metod hətta həddindən artıq dozada olanlar üçün də işləyir.
2024-cü ildə Dr. Şelton tərəfindən aparılan başqa bir araşdırma xroniki ağrı və ya ürək xəstəliyi kimi tibbi ağırlaşmaları olan xəstələrə yönəldilib. Xəstələrdən biri, bel ağrısı olan 45 yaşlı kişi 60 mq metadon qəbul edib. İki həftədən sonra o, minimal “lomka” simptomları ilə buprenorfinə keçib və ağrıya nəzarəti saxlayıb. Bu nəticə göstərir ki, metod çevikdir və mürəkkəb hallarda tətbiq oluna bilər.
Araşdırma göstərir ki, Buprenorfin metadonu bərabər şəkildə əvəz edir. İlk günlərdə metadonun dozası bədəndə stressin qarşısını almaq üçün dəyişməz olaraq qalır. Azalma yalnız beşinci gündə, buprenorfin artıq aktiv işlədiyi zaman başlayır ki, bu da ağrılı lomka riskini azaldır.
Bəs bu əvəzləmədə ənənəvi yanaşmadan fərq nədir?
Metadondan buprenorfinə ənənəvi keçid hazırlıq tələb edir. Yəni xəstə metadondan buprenorfinə keçməyə hazırlanmalıdır. Xəstə metadonun dozasını gündə 30-40 mq-a qədər azaltmalı, sonra onun istifadəsini dayandırmalı və yüngül ağrı simptomları başlayana qədər 24-72 saat gözləməlidir. Yalnız bundan sonra buprenorfin verilə bilər. Bu proses tez-tez ağrılı duyğularla müşayiət olunur: sümüklər ağrıyır, ürəkbulanma, tərləmə, yuxusuzluq və şiddətli halsızlıq baş verir. Təəccüblü deyil ki, bir çox xəstələr bunun öhdəsindən gələ bilmirlər və küçə narkotiklərinə qayıdırlar.
Bernesin metodu isə hər an “srıv”ın baş verə biləcəyi gözləmə mərhələsini aradan qaldırır. Yəni xəstə metadonu kəsmədən dərhal buprenorfin qəbul etməyə başlayır. Bu, müalicəni daha az travmatik və əlçatan edir, xüsusən də ağrıdan qorxan və ya artıq uğursuz keçid təcrübəsi olanlar üçün uyğundur. Bernesin metodu real həyatda necə həyata keçirilə bilər? Xəstələrə və həkimlərə kömək etmək üçün bəzi addımlar bunlardır:
1. Həkimlə məsləhətləşmə. Metod fərdi yanaşma tələb edir. Protokol hazırlamaq üçün həkim xəstənin metadon dozasını, sağlamlıq vəziyyətini və tarixini qiymətləndirir.
2. Xəstə metadon qəbulunu davam etdirərkən buprenorfinin ilk dozasını (məsələn, 0,2 mq) dilaltı tablet və ya nazik həb şəklində qəbul edir.
3. Vəziyyətin monitorinqi. İlk günlərdə xəstənin özünü necə hiss etdiyni izləmək vacibdir: yuxululuq, başgicəllənmə və ya digər yan təsirlərin olmaması.
4. Tədricən nizamlama. Buprenorfinin dozası hər 1-2 gündən bir artırılır, metadon isə əvvəlcədən razılaşdırılmış qrafikə uyğun olaraq azaldılır.
5. Dəstək. Psixoloji yardım və yaxınlarının dəstəyi, xüsusən də xəstə yüngül halsızlıq hiss edərsə, əsas rol oynayır.
Praktik misal: 80 mq metadon qəbul edən 35 yaşlı qadın Bernes metodunu sınamağa qərar verdi. 12 gün ərzində o, tam 16 mq buprenorfin qəbuluna keçdi və proses zamanı yalnız yüngül yorğunluq yaşadı. İndi o, dərmanı evdə qəbul edir və özünü daha rahat hiss edir.
Metodun üstünlükləri
Bernes metodu opioid asılılığının müalicəsi üçün yeni imkanlar açır:
- yüksək dozalar üçün. Əvvəllər "sağalmaz" hesab edilən 100 mq-dan yuxarı metadon dozası olan xəstələrin indi buprenorfinlə sağalma şansı var.
- Mürəkkəb hallar üçün. Xroniki ağrıları, psixi pozğunluqları və ya digər tibbi vəziyyəti olan insanlar lazımsız risklər olmadan müalicə ala bilərlər.
- Ağrıdan qorxanlar üçün. Mikrodozlama ağrı qorxusunu aradan qaldıraraq müalicəni psixoloji cəhətdən rahat edir.
Məhdudiyyətlər və risklər
Perspektivlərinə baxmayaraq, üsul hələ də ideal deyil:
- Məlumat çatışmazlığı. Tədqiqatların əksəriyyəti yüzlərlə iştirakçının iştirak etdiyi böyük sınaqlardan daha çox az şəxslər üsündə aparılmış sınaqların hesabatlarıdır.
- Fərdilik. Protokollar müxtəlifdir: bəziləri üçün bir həftə kifayətdir, bəziləri üçün isə daha çox vaxt tələb olunur. Bu, standartlaşdırmanı çətinləşdirir.
- Yan təsirlər. Bəzi xəstələrdə baş ağrısı və ya yuxululuq kimi yüngül reaksiyalar müşahidə oluna bilər, lakin bunlar nadirdir.
Perspektivlər
Bernes metodu standart müalicənin bir hissəsi ola bilər, ancaq onun effektivliyi genişmiqyaslı tədqiqatlarla təsdiqlənərsə. Həkimlər və alimlər artıq bu yanaşmanı bütün dünyada klinikalarda əlçatan edəcək universal təlimatların işlənib hazırlanmasının zəruriliyindən danışırlar. Gələcəkdə xəstələrə və həkimlərə protokola dəqiq əməl etməyə kömək edən mobil proqramlar və ya cihazlar görə bilərik.
Bernes metodu opioid asılılığının daha humanist müalicəsinə doğru daha bir addımdır. Bu, göstərir ki, buprenorfinə keçid hətta illərdir yüksək dozada metadon qəbul edənlər üçün də yumşaq və təhlükəsiz ola bilər. Testlər göstərir ki, bu işləyir və metod daha geniş şəkildə tanınsa, minlərlə insan artıq həyatlarını yaxşılaşdıra bilər.
Amma bu hələ başlanğıcdır. Metodun uzunmüddətli perspektivdə xəstələrə necə təsir etdiyini və hər kəsə əlçatan olması üçün daha çox araşdırmaya ehtiyac var. Hələlik o, asılılığın sağalmasında yeni yollar tapmaqda ruhlandırıcı nümunədir. Bəlkə də Bernes üsulu ağrı və asılılıq olmadan yeni bir həyat üçün şansdır. İlk addımı atmaqdan qorxmayaq: ümid göründüyündən daha yaxındır!
Stopnarkotik.az