Naxçıvanda 17 yaşlı qızı qətlə yetirməkdə təqsirləndirilən Sərvin Məmmədov barəsində həbs qətimkan tədbiri seçilib.
Stopnarkotik.az apa-ya istinadən xəbər verir ki, Kəngərli rayon Məhkəməsi 1999-cu il təvəllüdlü Sərvin Məmmədov barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilməsi barədə qərar çıxarıb.
Qeyd edək ki, iyunun 18-də Kəngərli rayon Xok kənd sakini 2006-cı il təvəllüdlü Aysun İbrahimovanın kəsici-deşici alətlə xəsarət yetirilərək qəsdən öldürülməsi faktı ilə bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb.