Göygöl rayonunda tanışını qətlə yetirməkdə təqsirləndirilən Hüseyn Əsgərov məhkəməyə apellyasiya şikayəti verib.
Onun şikayətinə Gəncə Apellyasiya Məhkəməsində hakim Rafiq Cəfərovun sədrliyi ilə baxılır.
Qeyd edək ki, hadisə 2021-ci ilin sentyabrında Göygöl rayonunun Çaylı kəndində qeydə alınıb.
Belə ki, 1986-cı il təvəllüdlü H.Əsgərov şəxsi münasibətlər zəminində mübahisə zamanı 1993-cü il təvəllüdlü Ayxan Hüseynlini bıçaqlayaraq öldürüb.
Faktla bağlı Göygöl Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
H.Əsgərov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.
Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 10 il 6 ay müddətinə azadlıqdan məhrum edilib./olke.az